Argentina millisinin sabiq qapıçısı Qatti vəfat edib
Əziz Əzizli
Argentina millisinin sabiq qapıçısı Uqo Qatti 80 yaşında Buenos-Ayresdəki xəstəxanada dünyasını dəyişib.
Operativ Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Qattinin təxminən iki ay əvvəl baş verən qəzadan sonra xəstəxanaya yerləşdirildiyi bildirilir. Nəticədə o, omba nahiyəsindən əməliyyat olunub. Onun vəziyyəti infeksiyadan sonra pisləşib.
Qatti karyerası ərzində "Atlanta Buenos Ayres", "River Plate", "Gimnasia y Esgrima" , "Union Santa Fe" və "Boca Juniors" klublarında oynayıb. O, iki dəfə Libertadores Kubokunu və bir dəfə Qitələrarası Kuboku qazanıb.