Menyu

Azərbaycan akrobatları Avropa çempionatında daha iki medal qazandı

Əziz Əzizli
Azərbaycan akrobatları Avropa çempionatında daha iki medal qazandı

Lüksemburqda keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında Azərbaycan idmançıları daha iki gümüş medal əldə ediblər.

Operativ Media xəbər verir ki, kişilərdən ibarət qrupumuz Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Riad Səfərov temp hərəkətlərində 28.020 xal toplayaraq ikinci yeri tutub.

Kişi cütlüyü Murad Rəfiyev və Daniel Abbasov isə balans hərəkətləri proqramında 28.570 xalla gümüş medala layiq görülüb.

Teqlər:

"Az\u0259rbaycan akrobatlar\u0131 Avropa \u00e7empionat\u0131nda daha iki medal qazand\u0131"

Əlaqəli Xəbərlər