Menyu

"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi ilə maraqlanır

Əziz Əzizli
"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi ilə maraqlanır
1 dəq oxu

"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir.

Operativ Media xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 28 yaşlı ispaniyalı ilə "Real Madrid" maraqlanır. Lakin futbolçunun özü başqa kluba keçmək niyyətində deyil. O, karyerasını "Mançester Siti"də davam etdirmək istəyir.

Rodri 2024-cü ilin oktyabrında “Qızıl top”u qazanıb. Yarımmüdafiəçi çarpaz bağın yırtılması səbəbindən demək olar ki, bütün mövsümü buraxıb.

Əlaqəli Xəbərlər