Menyu

"Milan" mövsüm sonunda baş məşqçisi ilə yollarını ayıracaq

Əziz Əzizli
"Milan" mövsüm sonunda baş məşqçisi ilə yollarını ayıracaq
1 dəq oxu

"Milan"ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubu tərk edəcək.

Operativ Media xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb.

50 yaşlı portuqaliyalı komandanı 2024-cü ilin dekabrında qəbul edib. Onun rəhbərliyi altında "Milan" bütün turnirlərdə 24 oyun keçirib, 11 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 8 matçda isə məğlub olub.

Mənbənin məlumatına görə, baş məşqçinin “Çelsi”dən icarəyə götürülən həmyerlisi Joao Feliks də komandanı tərk edəcək.

“Milan” İtaliya A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər