Qazaxıstan Türkiyəyə 1 milyon dollarlıq yardım ayırıb
Nərmin Qocamanlı
Qazaxıstan episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağa qərar verib.
"Operativ Media" xəbər verir ki, Qazaxıstan Rəyasət Heyətindən verilən açıqlamada, prezident Kasım Cömert Tokayevin hökumətə Türkiyəyə 1 milyon dollar təcili yardım ayrılması barədə göstəriş verdiyi bildirilib.
“Həmçinin Qazaxıstanın səlahiyyətli qurumları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir”, - məlumatda deyilir.
Teqlər:
"Qazaxıstan Türkiyəyə 1 milyon dollarlıq yardım ayırıb"