21 Aprel 2025, 18:30
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
"PowerChina Group" şirkəti ilə bərpa olunan enerji sahəsində birgə layihələr müzakirə olunub
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb şəkil
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb. 

Bu barədə Operativ Media-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə bildirilib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkənin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir.

Tərəflər "PowerChina Group" şirkəti ilə əməkdaşlıq, enerji sektoruna sərmayələrin cəlb olunması və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər
“Araz-2025” birgə təlimi davam edir
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Bakı şəhərində GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB
Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb
Azərbaycan Vindzor Atçılıq Şousunda Qarabağ atları və milli sənətlə təmsil olundu
Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb