Menyu

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 50 milyon manatdan çox vəsait daxil olub

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 50 milyon manatdan çox vəsait daxil olub

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirilib.

Operativ Media Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 223 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin yanvar-mart ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 71 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.

Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 40,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,9 faiz çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin birinci rübündə 137-si qeyri-yaşayış, 847-si isə torpaq sahələri üzrə olmaqla 984 yeni icarə müqaviləsi bağlanılıb. 2025-ci ilin ilk rübündə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 10,4 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artım qeydə alınıb.

Beləliklə, 2025-ci ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 50,7 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,2 faiz çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər