Dörd ölkədən axtarış-xilasetmə qrupları Türkiyəyə gəlib

Nərmin Qocamanlı
Dörd ölkədən axtarış-xilasetmə qrupları Türkiyəyə gəlib

Azərbaycandan 227 nəfərdən ibarət ikinci qrup, Macarıstandan 7-ci qrupdan 7 şəxsi heyət və 3 detektor iti, Meksikadan 6 nəfər və Böyük Britaniyadan 9 nəfərdən ibarət axtarış-xilasetmə qrupları Adana hava limanına eniş edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan komandalarını hava limanında görən bəzi vətəndaşlar göz yaşı tökərək onlara kömək etdiklərinə görə təşəkkür ediblər. 

 

Digər xəbərlər