Ana səhifə / İqtisadiyyat / AMB neftin orta qiymətinin 70 dollardan artıq olacağını proqnozlaşdırır AMB neftin orta qiymətinin 70 dollardan artıq olacağını proqnozlaşdırır 23.04.2025, 11:58 Azərbaycan Mərkəzi Bankı neftin orta qiymətinin 2025-ci il üzrə 70 dollardan artıq olacağını proqnozlaşdırır. Operativ Media xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib. O deyib ki, AMB 2026-cı il üzrə də neftin qiymətlərinin 70 dollardan yuxarı olacağı gözləntisindədir: "Mərkəzi Bankın bununla bağlı iyun proqnozu isə daha dəqiq olacaq. Həmçinin, təbii qazın orta qiymətini isə bu il üzrə 304 dollar proqnozlaşdırmışıq". Qeyd edək ki, AMB bundan əvvəl 2025-ci il üzrə neftin qiymətini 77 dollar, təbii qazın qiymətini isə 349 dollar proqnozlaşdırmışdı. Teqlər: "AMB neftin orta qiym\u0259tinin 70 dollardan art\u0131q olaca\u011f\u0131n\u0131 proqnozla\u015fd\u0131r\u0131r"