Menyu

Bank hesablarının açılması qaydası dəyişdirilib

Bank hesablarının açılması qaydası dəyişdirilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda dəyişikliklər edib.

Operativ Media xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, xüsusi cari hesabların sayı 7-dən 9-a çatdırılıb.

Belə ki, fiziki şəxslər üçün bank hesablarının məsafədən açılması prosesində gücləndirilmiş elektron imza, video zəng və video çəkilişlə identifikasiya metodlarına dair tələblər dəqiqləşdirilib. Həmçinin, mədaxil əməliyyatlarına limitlər müəyyən olunub və bu limitlərdən artıq əməliyyatlar üçün əlavə identifikasiya tələb ediləcək.

Qaydaya əlavə olunan bəndlərlə banklar əvvəlki hesab sahibinin təqdim etdiyi sənədlərə güvənərək yeni hesablar aça biləcək. Bundan başqa, “SWIFT” ifadəsi “BIC” ilə əvəz olunub və bəzi texniki düzəlişlər aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər