Menyu

Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib

Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib

Prezidenti İlham Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzalayıb.

Operativ Media-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edilib.

Sərəncamda qeyd edilib ki, Milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilir.

Teqlər:

"Anar Quliyev WUF13-\u00fcn milli koordinatoru t\u0259yin edilib"

Əlaqəli Xəbərlər