Xaricdən pul köçürmələri azalıb

admin
Xaricdən pul köçürmələri azalıb
Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb.

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 319.7 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 110.4 milyon manata bərabər olub.

Operativ Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-mart aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 145.5 milyon manat, banklardan xaricə köçürmələr isə 36.8% və ya 64.4 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 465.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 174.8 milyon manat təşkil edib.

Digər xəbərlər