09 Fevral 2023, 10:52
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb - YENİLƏNİB

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-nə çatıb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində azı 3 min nəfər yaralanıb.
***
10:34
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə 1 200-dən çox insanın həlak olduğu bildirilib.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.