Enerji keçidi texnologiyalarına qoyulan qlobal sərmayə 2,1 trilyon dollar çatıb

admin
Enerji keçidi texnologiyalarına qoyulan qlobal sərmayə 2,1 trilyon dollar çatıb
AMB bildirib ki, ötən il enerji keçidi texnologiyalarına qoyulan qlobal sərmayə 2,1 trilyon dollar çatıb.

Ötən il enerji keçidi texnologiyalarına qoyulan qlobal sərmayə 2023-cü ilə nisbətən 11% artım göstərib və rekord səviyyəyə (2,1 trilyon dollar) yaxınlaşıb.

Operativ Media bu barədə Azərbaycan Mərkəzi Bankının “Dayanıqlı maliyyə hesabatı”na istinadən xəbər verir.

Məlumata görə, sektorlar arasında ən böyük sərmayə qoyuluşu elektrikləşmiş nəqliyyat (757 milyard dollar), bərpa olunan enerji (728 milyard dollar) və enerji şəbəkələrinə (390 milyard dollar) aid olub.

Bu üç sektor ötən il ərzindəki ümumi investisiyaların 90%-ni təşkil edib.

Digər xəbərlər