Zəlzələ nəticəsində həlak olan üç azərbaycanlının cənazəsi Vətənə gətiriləcək

admin
Zəlzələ nəticəsində həlak olan üç azərbaycanlının cənazəsi Vətənə gətiriləcək

Türkiyədə zəlzələ nəticəsində həlak olan üç nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

"Operativ Media" xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təbii fəlakət nəticəsində 4 Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı həlak olub. Sonuncunun cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək.

Digər xəbərlər