THY bu gün zəlzələ bölgəsindən 26 min 699 nəfəri təxliyyə edəcək

Nərmin Qocamanlı
THY bu gün zəlzələ bölgəsindən 26 min 699 nəfəri təxliyyə edəcək

Kahramanmaraşda baş verən zəlzələdən sonra zəlzələ qurbanlarının təxliyyəsini həyata keçirən Türk Hava Yolları (THY) bu gün 26 min 699 vətəndaşı daşıyacaqlarını açıqlayıb.

"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki, THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabından verdiyi açıqlamada, "Bu gün üçün planlaşdırdığımız 150 evakuasiya reysi ilə 26 min 699 vətəndaşı daşıyacağıq",- deyə qeyd edib.

Qeyd edək ki, AFAD-ın məlumatına görə, zəlzələ bölgəsindən ümumilikdə 75 780 nəfər təxliyyə edilib.

Digər xəbərlər