Türkiyədə dağıntılar altından çıxarılan 162 uşağın müalicəsi davam edir

Nərmin Qocamanlı
Türkiyədə dağıntılar altından çıxarılan 162 uşağın müalicəsi davam edir

Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altından xilas edilən 162 uşağın müalicəsi davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin  Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 101 uşaq müalicə olunduqdan sonra Nazirliyin aidiyyəti bölmələrinə təhvil verilərək müəssisə himayəsinə götürülüb. Ərizəçilərin şəxsiyyəti  yoxlanıldıqdan sonra uşaqların 18-i ailələrinə təhvil verilib.

Qeyd edək ki, fevraın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlər nəticəsində son məlumatlara görə, 18 342 nəfər həlak olub, 74 242 nəfər yaralanıb.

 

Digər xəbərlər