10 Fevral 2023, 13:25
ABŞ Əsəd rejimini humanitar yardım tranziti üçün sərhədləri açmağa çağırıb
ABŞ Əsəd rejimini humanitar yardım tranziti üçün sərhədləri açmağa çağırıb şəkil
ABŞ Əsəd rejimini humanitar yardım tranziti üçün sərhədləri açmağa çağırıb

ABŞ dövlət katibi Antoni Blinken Əsəd rejimini Türkiyədə zəlzələdən zərər çəkmiş suriyalılara beynəlxalq yardım çatdırmaq üçün sərhəd keçidlərini açmağa çağırıb.

"Operativ Media" xəbər verir ki, Blinken, verdiyi yazılı açıqlamada, Türkiyədə baş verən zəlzələlərin Türkiyə və Suriyada milyonlarla insanı təsir etdiyini ifadə edərək, ABŞ prezidenti Co Baydenin göstərişi ilə federal qurumların zəlzələdən sonra saatlar ərzində yardım fəaliyyətlərini səfərbər etdiyini vurğulayıb.

Blinken Əsəd rejimindən yardımların bütün sərhədlərindən keçməsinə, zəlzələdən zərər çəkmiş bütün bölgələrə yardım paylanmasına icazə verilməsinə və humanitar yardımların istisnasız olaraq ehtiyacı olan bütün suriyalılara çatmasına icazə verməyə çağırıb.

ABŞ-ın həm Türkiyədə, həm də Suriyada zəlzələdən zərər çəkənlər üçün əlindən gələni edəcəyinə işarə edən Blinken, "ABŞ Türkiyə və Suriya xalqına dəstəyini davam etdirəcək. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarımızın dəstəyini alqışlayırıq" - deyə qeyd edib.

Son xəbərlər
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək
9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DSX: İrandan Azərbaycana narkotik keçirən 7 nəfərdən 1-i zərərsizləşdirilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
XİN Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edib