
Yeni Zelandiya Türkiyə və Suriyadakı yardım səylərini dəstəkləmək üçün əlavə olaraq 1,89 milyon dollar humanitar yardım elan edib.
"Operativ Media" xəbər verir ki, ölkənin Xarici işlər nazirinin müavini David Parker açıqlamasında zəlzələlərin Türkiyə və Suriya xalqları üçün dağıdıcı olduğunu vurğulayaraq, Yeni Zelandiyanın təbii fəlakətdən zərər çəkənlərin ailələri və yaxınlarının ağrısını paylaşdığını qeyd edib.
Parker, yardımın 1,26 milyon dollarının Dünya Ərzaq Proqramı (WFP) vasitəsilə Türkiyəyə göndəriləcəyini, təxminən 631 min 500 dollarının isə Suriyada istifadə edilmək üçün Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) bağışlanacağını bildirib.
Parker həmçinin bildirib ki, iki yanğınsöndürmə və fövqəladə yardım mütəxəssisi Türkiyədə axtarış və xilasetmə işlərinə dəstək olmaq üçün sahədə olub.