Fevralın 6-da Türiyənin Kahramanmaraş vilayətində baş verən 7.7 vı 7.6 bal gücündə zəlzələlərdən əziyyət çəkən vətəndaşlara 1 illik kirayə pulu ödəniləcək.
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman bölgəsində mətbuata açıqlamasında bildirib.
"Kirayədə qalmaq istəyən vətəndaşlarımız üçün 1 illik kirayə xərcləri ödəniləcək. 1 il sonra isə bütün yıxılan binalar yenidən inşa edilmiş olacaq", - Ərdoğan bildirib.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində 18 991 nəfər həlak olub, yaralıların sayı 75 523 nəfərdir