"Bu gün Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Mobil səhra hospitalında oldum".
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
"Hazırda hospitalda zəlzələdən zərərçəkmiş şəxslərə tibbi yardım göstərilir. Orada 41 nəfərdən ibarət həkim personalı çalışır", - nazir müavini vurğulayıb.
O bildirib ki, Kahramanmaraşda Fövqəladə Hallar Nazirliyinin (FHN) 8 təlim görmüş itləri cəlb edilib:
"Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir".
Qeyd edək ki, FHN-in Mobil səhra hospitalı fevralın 9-dan Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyətə başlayıb.