Burberry 2027-ci ilə qədər işçilərinin 18%-ni ixtisar edəcək

Nərmin Qocamanlı
Burberry 2027-ci ilə qədər işçilərinin 18%-ni ixtisar edəcək

Britaniyanın lüks geyim, aksesuar və ətir istehsalçısı "Burberry" 2027-ci ilə qədər 1700 işçini ixtisar edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, bu addım satışların davamlı şəkildə azalması və şirkətin gəlirlərində 17%-lik enişlə bağlı həyata keçirilən xərclərin azaldılması proqramının bir hissəsidir.

Bu gün dərc olunan plana əsasən, işçilərin ixtisarı şirkətə illik 100 milyon funt-sterlinqədək qənaət imkanı yaradacaq.

Nəşr qeyd edir ki, Burberry-nin hazırkı çətinlikləri, şirkətin Hermès kimi yüksək səviyyəli brendlərlə rəqabət aparmaq cəhdləri zamanı seçilmiş uğursuz marketinq strategiyası ilə başlayıb. 2024-cü ilin iyul ayında şirkət rəhbərliyində dəyişiklik edilib və Burberry-ni xilas etmək məqsədilə məşhur "Coach" və "Jimmy Choo" brendlərinin sabiq rəhbəri Coşua Şulman işə götürülüb.

Digər xəbərlər