İZİA: Araz Vadisi İqtisadi Zonasında 1800-dək daimi iş yeri yaradılacaq
Nərmin Qocamanlı
Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
İZİA-dan Operativ Media-ya verilən məlumata görə, bu 19 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 1800-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur:
"Bugünədək Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. 200 hektar ərazini əhatə edən parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.
Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib. Bundan başqa parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb".
Teqlər:
"\u0130Z\u0130A: Araz Vadisi \u0130qtisadi Zonas\u0131nda 1800-d\u0259k daimi i\u015f yeri yarad\u0131lacaq"