Menyu

BŞTİ: 308 nömrəli məktəbdə "Son zəng"ə görə şagirdlərdən pul yığılması həqiqəti əks etdirmir

Nərmin Qocamanlı
BŞTİ: 308 nömrəli məktəbdə "Son zəng"ə görə şagirdlərdən pul yığılması həqiqəti əks etdirmir

308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir.

Operativ Media xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

"Son zəng" tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır. Məktəbin XI sinif şagirdləri tədris prosesində iştirak edirlər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, 308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə şagirdlərin hər birindən 150 manat, XI siniflərin dərsdə iştirak etməməsinə görə isə aylıq 100 manat pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər