Qeyri-adi ev bitkiləri və qiymətləri - SİYAHI
Ev bitkiləri insanların mühitində təbii atmosfer yaratmağa kömək edir. Onlar həm estetik görünüş, həm də dekorativ vasitə kimi istifadə olunur. Ev bitkiləri müxtəlif növ və ölçülərdə olur və hər biri fərqli şəraitdə böyüyə bilir. Bu bitkilər evdəki havanı təmizləmək, rütubəti tarazlamaq və oksigen istehsal etmək kimi bir sıra faydalı funksiyaları yerinə yetirir.
Bitkilərin qiymətləri isə növlərindən və ölçülərindən asılı olaraq dəyişir.
Operativ Media qeyri-adi ev bitkilərini və onların qiymətlərini araşdırıb:
Drasena: Bu bitki xalq arasında “xoş ətirli drasena” və ya “kədərlidi drasena” kimi tanınır. Ev və ofislərdə geniş şəkildə yetişdirilən otaq bitkisidir. Drasena Afrikanın tropik bölgələrindən gəlir və asan baxım tələb edir.
Qiymət: 150 sm — 388 AZN
Sülh zanbağı: Estetik və zərif görünüşü ilə interyerə sakitlik və təmizlik havası qatır.
Qiymət: 120 sm — 175 AZN
Aglonema: Bu bitki Asiya mənşəlidir və Cənub-Şərqi Asiyada geniş yayılıb.
Qiymət: 65 sm — 75 AZN
Medinilla: Bu bitki nadir rast gəlinənlərdəndir. Xüsusilə böyük, sallanan çiçəkləri və qalın, parlaq yarpaqları ilə tanınır.
Qiymət: 75 AZN
Monstera: Nadir rast gəlinən bitkilərdən biridir. Əsas vətəni Mərkəzi və Cənubi Amerikanın tropik meşələridir.
Qiymət: 75-90 AZN arasında dəyişir.
Fikus: Mənşəyi Asiya, Afrika və Amerikanın tropik və subtropik bölgələrinə aiddir. Nadir rast gəlinən bitkilərdən biridir.
Qiymət: 100 sm hündürlük — 65 AZN
Difenbaçia (Axmaq qamışlar): “Axmaq qamış” və ya “Axmaq bitki” kimi tanınır. Gözəl, iri və rəngarəng yarpaqları ilə interyerə xoş görüntü verir.
Qiymət: 110 AZN
Zameokulkas: Evdə çox məşhur olan dekorativ bitki növüdür. Azərbaycanda bu bitki tez-tez “dollar ağacı”, “bəxt bitkisi” və ya “zəmiokulkas” olaraq da adlandırılır.
Qiymət: 55 AZN
Pul ağacı: Bu bitki Asiya mədəniyyətlərində bolluq, rifah və uğurun rəmzidir.
Qiymət: 80 sm — 65 AZN
Orxideya: Otaq bitkisi kimi geniş yayılmış estetik görünüşü və rəngarəng çiçəkləri ilə məşhurdur.
Qiymət: 35-75 AZN arasında dəyişir.









