Menyu

ANAMA işçi axtarır - VAKANSİYA

Əsəd Abbaslı
ANAMA işçi axtarır - VAKANSİYA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə “ekskavator operatoru” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Operativ Media xəbər verir ki, namizədlər müvafiq vəsiqə və sertifikatlara malik olmalı, onların həminsahədə 2 ilə qədər iş stajı olmalıdır.

Təminatlar:
Əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;

Gündə 3 dəfə yemək ilə təmin edilmə;

Yaşayış yeri ilə təmin edilmə.
 
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakısənədləri [email protected] ünvanına göndərməlidir.
• müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (attestat, vəsiqə, sertifikat, arayış və s.);
• əmək kitabçasının surəti.
 
Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər