Bu ilin üç ayında Azərbaycanda doğum sayı azalıb
Nərmin Qocamanlı
Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşmüşdür.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
"Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olmuşdur. Doğulan körpələrdən 736-sı əkiz, 42-si isə üçəm olmuşdur", - məlumatda bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net