Naxçıvanda özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
Əziz Əzizli
Naxçıvanda özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Operativ Media xəbər verir ki, vətəndaşların etibarından sui-istifadə etməklə çalışdıqları yerlərdə vəzifələrini artırmaq vədi verərək, onların maddi vəsaitlərini ələ keçirən 40 yaşlı Elşən Qurbanov barəsində cinayət işi başlanılıb. E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma