Menyu

Bakı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Əziz Əzizli
Bakı istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Operativ Media-ya xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxs Ramil Həsən oğlu Quliyevə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman şalvarın cibində gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,098 qram heroin və ümumi çəkisi 0,021qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər