Menyu

Sumqayıtda havaya normadan artıq tullantı atan obyektlər cərimələnib

Əziz Əzizli
Sumqayıtda havaya normadan artıq tullantı atan obyektlər cərimələnib

Sumqayıtda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri müəyyən edilib.

Bu barədə Operativ Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı "Gold Palace", "Okean", "Green House", "Xəlifə", "Qərb", "Həyat Saray", “Bəyaz Saray”, “Sevgi Palace” şadlıq sarayları, eləcə də "Xan”, "Ərkivan” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib:

"Faktlarla bağlı sözügedən ictimai-iaşə obyektlərinin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür"

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər