Menyu

İnsan alverinin təbliğatı ilə bağlı 124 sosial şəbəkə hesabı bağlanıb

Əziz Əzizli
İnsan alverinin təbliğatı ilə bağlı 124 sosial şəbəkə hesabı bağlanıb

Bu il insan alverinin təbliğatı ilə məşğul olan 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq cinayət aşkarlanıb və cinayət işi başlanılıb: 

"Eyni zamanda insan alverinin təbliğatı ilə bağlı məşğul olan 156, cari ilin ötən dövründə isə 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb".

Milli Koordinator həmçinin bildirib ki, ötən il insan alveri qurbanı olmuş 91 nəfərin hamısı Azərbaycan vətəndaşı olub:

"2024-cü ildə Kipr və Qvatemalada üç Azərbaycan vətəndaşı insan alverində təqsirləndirilərək həbs edilib. Eyni zamanda Azərbaycana readmissiya edilən şəxslərdən birinin Yunanıstanda insan alverinin qurbanı olduğu müəyyənləşib". 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər