Menyu

Xocəsəndə taxta yeşiklər yığılmış ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Əsəd Abbaslı
Xocəsəndə taxta yeşiklər yığılmış ərazidəki yanğın söndürülüb - YENİLƏNİB
1 dəq oxu

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. 

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

17:36

Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta yeşiklər yığılmış ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğının yayılmasının qarşısı alınıb.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlaqəli Xəbərlər