Menyu

508 və 521 nömrəli marşrutların hərəkəti dəyişdirilir

Əsəd Abbaslı
508 və 521 nömrəli marşrutların hərəkəti dəyişdirilir

Mayın 17-dən etibarən İlqar Abdullayev küçəsində - Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Operativ Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. 

Məhdudiyyət “Pirşağı–Xırdalan–Novxanı–M4” avtomobil yolu layihəsi ilə əlaqədardır.

Məhdudiyyətlə əlaqədar 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.

Teqlər:

"508 v\u0259 521 n\u00f6mr\u0259li mar\u015frutlar\u0131n h\u0259r\u0259k\u0259ti d\u0259yi\u015fdirilir"

Əlaqəli Xəbərlər