Oxçuçay üzərində tikilən stansiyaların enerji istehsalı məlum olub
Əsəd Abbaslı
“Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarında istehsal olunan enerji həcmi açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
“2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib. “Zəngilan” KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, “Şayıflı” KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir. Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” KSES-də 25,1 mln. kVt·st, “Şayıflı” KSES-də isə 29,8 mln. kVt·st”, – qurumun paylaşımında qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net