Menyu

Müasir suvarma sistemlərinin yerli istehsal perspektivləri müzakirə edilib

Əsəd Abbaslı
Müasir suvarma sistemlərinin yerli istehsal perspektivləri müzakirə edilib

13-16 may, 2025-cil il tarixində Bakı Ekspo Mərkəzində sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") keçirilib.

Operativ Media xəbər verir ki, 31 ölkədən 450 şirkətin iştirak etdiyi sərgidə suvarma sistemlərinin layihələndirilməsi üzrə 10 illik təcrübəyə malik “Gilan Pivot" şirkəti də iştirak etməkdə idi.

"Gilan Pivot” sərgi ərəfəsində stendində yüzlərlə qonağı qəbulu, məhsuldar görüşlər keçirilməsi və bir sıra memorandumların imzalanması ilə yadda qalsa da, şirkət üçün ən əlamətdar hadisələrdən biri də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun şirkət stendini ziyarət etməsi oldu.

Ziyarət əsnasında “Gilan Pivot” şirkətinin İcraçı Direktoru, Emil Qocayevlə aparılan müzakirənin ana mövzusu isə yerli istehsal idi.

Şahmar Mövsümovla müasir suvarma sistemlərinin yerli istehsal perspektivləri üzrə geniş müzakirə aparılmış və bu müzakirələr şirkətə belə bir təşəbbüsün ilkin təməllərinin qoyulması istiqamətində stimul vermişdir.

Teqlər:

"M\u00fcasir suvarma sisteml\u0259rinin yerli istehsal perspektivl\u0259ri m\u00fczakir\u0259 edilib"

Fotogalereya

Əlaqəli Xəbərlər