Menyu

Dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinqlər yekunlaşıb

Nərmin Qocamanlı
Dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinqlər yekunlaşıb

“17 və 18 may tarixlərində dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinq keçirilib".

Operativ Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib.

O, qeyd edib ki, monitorinq prosesi uğurla yekunlaşıb, iştirakçılıq təmin olunub:

"Ölkə üzrə ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin təxminən 98 faizi monitorinqdə iştirak edib. 

Bildiyiniz kimi, bu il ilk dəfə olaraq monitorinqin müəyyən bir hissəsi rəqəmsal formatda təşkil edilib. 

Bakı şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabelyində olan bir sıra ümumi təhsil müəssilərinin şagirdlərinin cəlb olunduğu, elektron qaydada təşkil edilən monitorinqdə 96% iştirakçılıq təmin edilib. 

Həm Agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib. 

İştirakçılığın təmin olunması, eyni zamanda hər hansı xoşagəlməz halların baş verməməsi üçün müvafiq addımlar atılıb.

Qeyd edim ki, monitorinqin məqsədi şagirdlərin bilik səviyyəsini ölçməklə yanaşı, həm müəllimlərə, həm proqram tərtibçilərinə, həm də təhsili idarəetmə orqanlarına vacib olan təhlilləri aparmaq üçün məlumat toplamaqdır.”

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər