Xankəndi şəhərinə səfər etmək istəyənlərin NƏZƏRİNƏ

Nərmin Qocamanlı
Xankəndi şəhərinə səfər etmək istəyənlərin NƏZƏRİNƏ

Sabahdan etibarən “Yolumuz Qarabağa” portalına daha 8 istiqamət əlavə olunacaq.

Operativ Media-nın məlumatına görə, Mayın 20-dən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər.

İndiyə qədər portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.

Qeyd edək ki, “Yolumuz Qarabağa” portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq. Portaldan icazə prosesi tamamilə ödənişsizdir.

Digər xəbərlər