20 May 2025, 15:54
Ağdam Sənaye Parkında istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb
Ağdam Sənaye Parkında istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb şəkil
Ağdam Sənaye Parkında istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC tərəfindən Özbəkistana divar kağızlarının ixracına başlanılıb.

İZİA-dan Operativ Media-ya verilən məlumata görə, bu ölkəyə ilkin mərhələdə 1,36 milyon manatlıq məhsulun göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Mister Decor” MMC Ağdam Sənaye Parkının 1,6 hektar ərazisində divar kağızlarının istehsalını həyata keçirir. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir.

Son xəbərlər
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib
Ermənistanda hərbi maşın aşıb
Rusiya: 6060 əsgərin cəsədini Ukraynaya çatdırdıq
Rafael Fiziyev "Qarabağ"ın bazasını ziyarət etdi
AZAL və “Özbəkistan Hava Yolları" yeni kod-şerinq müqaviləsi imzalayıb