20 May 2025, 18:53
Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb
Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb şəkil
Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Moldovanın Milli Enerji Tənzimləmə Qurumunun (ANRE) baş direktoru Aleksey Taranın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki tənzimləyici qurum arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Operativ Media EMTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin baş direktoru Aleksey Taran imzalayıblar.

Anlaşma memorandumu ikitərəfli və regional enerji bazarının tənzimlənməsi məsələləri üzrə birbaşa dialoq qurmaq və inkişaf etdirmək, regional enerji bazarına təsir edən təcili və ya fövqəladə hallar zamanı səmərəli məlumat mübadiləsini təmin etmək, eləcə də tənzimləyici islahatların hazırlanması və həyata keçirilməsində təcrübə mübadiləsi aparmaq üçün müxtəlif tədbirlər təşkil etməklə əməkdaşlığı möhkəmləndirmək məqsədini daşıyır.

Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında qaz bazarının monitorinqinin cari problemləri və həlli yolları, eləcə də bərpa olunan mənbələrin şəbəkəyə inteqrasiyası və payının artırılması, həmçinin enerji dayanıqlığını gücləndirmək üçün tədbirlər ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər
İsrail Tehranda bir sıra strateji əhəmiyyət daşıyan hədəfləri vurub
Ərdoğan: Gərginliyi dayandırmaq üçün diplomatik səylər ortaya qoyuruq
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib