Nardaran qəsəbəsində qaz olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, rayonun Nardaran qəsəbəsində qaz xətlərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə mayın 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Abşeron, Piryolu, İstiqlaliyət küçələri və Yeni sahə, Bağlar yaşayış sahələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net