Menyu

Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb

Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın rəhbərlik etdiyi nümayəndə heyəti vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparmaq üçün Latviyada səfərdə olub.

Operativ Media quruma istinadən xəbər verir ki, S.Musayeva Latviyanın Dövlət Gəlirləri Xidmətinin baş direktoru Bayiba Şmite Roçe ilə görüşüb, Xidmətin tətbiq etdiyi vergi nəzarəti prosesinin və risklərin idarə edilməsi, vergi öhdəliklərinə nəzarət, hüquqi prosedurların tətbiqi və s. məsələlərlə bağlı təqdimatlar keçirilib.

Öz növbəsində, Azərbaycan nümayəndələri vergi ödəyicilərinə göstərilən xidmətlər və onların təkmilləşdirilməsi, vergi mübahisələri və məhkəmə çəkişmələri, süni intellekt və informasiya texnologiyalarından istifadə, eləcə də digər mövzularda təqdimatlarla çıxış ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər