21 May 2025, 15:13
Azərbaycan Dağıstanda zeytun bağı salacaq
Azərbaycan Dağıstanda zeytun bağı salacaq şəkil
Azərbaycan Dağıstanda zeytun bağı salacaq

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İsfa” MMC ilə Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

İZİA-dan Operativ Media-ya verilən məlumata görə, memorandumu “İsfa” MMC-nin direktoru Samir Xeyirbəyov və Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abasquliyev imzalayıblar.

Sənədə əsasən birinci mərhələdə “İsfa” MMC tərəfindən Dağıstan Respublikasının Dərbənd rayonunda cari ilin payızında 100 hektarlıq ərazidə zeytun bağı salınacaq. Zeytun bağının salınmasında Yevlax Pilot Aqroparkda yetişdirilən ümumilikdə 165 min ədəd tingdən istifadə olunacaq. Həmçinin sözügedən bağın suvarma sisteminin qurulması da “İsfa” MMC tərəfindən həyata keçiriləcək.

İkinci mərhələdə isə günlük istehsal gücü 100 ton olacaq zeytun yağı emalı zavodunun qurulması nəzərdə tutulur.

Sözügedən sənədin ümumi dəyəri 7 milyon manata yaxındır.
 

Son xəbərlər
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib
Ermənistanda hərbi maşın aşıb
Rusiya: 6060 əsgərin cəsədini Ukraynaya çatdırdıq
Rafael Fiziyev "Qarabağ"ın bazasını ziyarət etdi
AZAL və “Özbəkistan Hava Yolları" yeni kod-şerinq müqaviləsi imzalayıb
Pakistan İranla sərhədi bağlayır