Menyu

Ötən il "Formula 1"ə nə qədər vəsait xərclənib?

Nərmin Qocamanlı
Ötən il "Formula 1"ə nə qədər vəsait xərclənib?
1 dəq oxu

Ötən il dövlət büdcəsindən “Formula 1 Azərbaycan Qran-Prisi” üçün 168 milyon manat vəsait xərclənib.

Operativ Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Digər tədbirlər üzrə büdcədən ayrılan vəsait 1 milyon manatdan az olub.

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsindən ümumilikdə beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat məbləğində vəsait istifadə edilib.

Əlaqəli Xəbərlər