Azərbaycana benzin idxalı niyə artıb?

admin
Azərbaycana benzin idxalı niyə artıb?

Azərbaycana benzin idxalının artmasının səbəbi açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

“Benzinin ölkəyə idxalının artmasının əsas səbəbi barədə dəqiq məlumatı Dövlət Neft Şirkəti verə bilər, amma bizim ehtimallarımıza görə, buna səbəb ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı Zavodunun bağlanmasıdır. Neft emalı zavodunun bağlanmasına görə təlabatı ödəmək üçün Aİ-92 markalı nefti idxal etməli olduq”, - deyə maliyyə naziri vurğulayıb.

Digər xəbərlər