Türkiyədə son bir həftədə 2724 afterşok qeydə alınıb

Nərmin Qocamanlı
Türkiyədə son bir həftədə 2724 afterşok qeydə alınıb

Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7,7 bal gücündə zəlzələdən sonra indiyədək ümumilikdə 2724 afterşok qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqaladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Həmçinin qeyd edilib ki, zəlzələ zonasında aparılan işlərdə ümumilikdə 238 459 nəfər şəxsi heyət, 12 322 avtomobil və tikinti texnikası çalışır.

Qeyd edək ki, son məlumartlara görə fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində 31 643 nəfər həlak olub.

Digər xəbərlər