Qaziantepdə zəlzələ nəticəsində dağılan binalarla bağlı 5 nəfər həbs edilib

Nərmin Qocamanlı
Qaziantepdə zəlzələ nəticəsində dağılan binalarla bağlı 5 nəfər həbs edilib

Türkiyənin Qaziantep şəhərində baş verən zəlzələdə dağılan 25 bina ilə bağlı aparılan istintaq çərçivəsində nəzarətə alınan 9 şübhəlidən 5-i həbs edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələdə son məlumatlara görə 31 643 nəfər həlak olub.

Digər xəbərlər