Menyu

Süni intellektin təhsil sahəsinə inteqrasiyası müzakirə edilib

Süni intellektin təhsil sahəsinə inteqrasiyası müzakirə edilib

28–29 may 2025-ci il tarixlərində Dubay şəhərində yerləşən “Microsoft” İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə “Microsoft”un regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib.

Bu barədə Operativ Media-ya Elm və Təhsil Nazirliyi məlumat verib.

Nümayəndə heyətinə elm və təhsil nazirinin müavini Həsən Həsənli rəhbərlik edib. 

Görüşlər zamanı süni intellekt texnologiyalarının təhsildə tətbiqi, məlumatların idarə olunması və təhsilə uyğunlaşdırılmış böyük dil modellərinin (LLM for Education) inkişafı mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində "Microsoft"un təhsildə transformasiya sahəsindəki yanaşması təqdim edilib, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər müzakirə olunub. Eyni zamanda, süni intellektin idarəetmə və tədris proseslərində praktiki istifadəsinə dair real nümunələr göstərilib.

Görüşlərdə təhsilə yönəlik böyük dil modellərinin (LLM) yaradılması üzrə texniki planlama sessiyaları təşkil olunub, etik və məsuliyyətli süni intellekt istifadəsinə dair "Microsoft"un yanaşması təqdim edilib.

Görüşlər nəticəsində təhsilin rəqəmsal transformasiyasının sürətləndirilməsi, süni intellektin inteqrasiyası və proseslərin inkişafı baxımından yanaşmalar əlaqələndirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər