Azərbaycan və OPEC arasında əməkdaşlıq müzakirə edilib

admin
Azərbaycan və OPEC arasında əməkdaşlıq müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysla ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də paylaşım edib.

Görüşdə Azərbaycan və OPEC arasında əməkdaşlıq müzakirə edilib:

"30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysla qlobal neft bazarında inkişaf meyilləri, OPEC+ formatında tənzimləmə prosesi və Azərbaycanla əməkdaşlığa dair fikir mübadiləsi apardıq",- deyə paylaşımda qeyd olunub.

Digər xəbərlər