Menyu

"ACWA Power” şirkəti ilə əməkdaşlıq müzakirə edilib

"ACWA Power” şirkəti ilə əməkdaşlıq müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin təsisçisi və İdarə Heyətini sədri Mohammad Abunayyan ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də paylaşım edib.

Görüş zamanı külək və batareya enerji saxlanc sistemi layihəsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

"Bakı Enerji Forumu çərçivəsində “ACWA Power” şirkətinin təsisçisi və İdarə Heyətini sədri Mohammad Abunayyan ilə səmərəli görüş keçirdik. Bu il istismara veriləcək 240 MVt gücündə “Xızı-Abşeron” KES, dənizdə 3,5 QVt gücündə, quruda isə inteqrasiya olunmuş 200 MVt gücündə külək və batareya enerji saxlanc sistemi layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik. YaşılEnerji əsasında data mərkəzinin qurulması perspektivlərini dəyərləndirdik", - deyə paylaşımda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər