Menyu

Azərbaycan ilk dəfə olaraq Türkmənistana elektrod ixracına başlayıb

Nərmin Qocamanlı
Azərbaycan ilk dəfə olaraq Türkmənistana elektrod ixracına başlayıb
1 dəq oxu

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC ilk dəfə olaraq Türkmənistana məhsul ixracına başlayıb.

İZİA-dan Operativ Media-ya verilən məlumata görə, şirkət tərəfindən bu ölkəyə birinci mərhələdə 100 ton həcmində elektrod göndərilib.

Qeyd edək ki, "Gedik Kaynak" MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir.

Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir İnvestisiya həcmi 7,5 milyon manat olan müəssisədə 20 nəfər daimi işlə təmin edilib.
 

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər